
Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” oyunu üçün satılan biletlərin sayı açıqlanıb.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, artıq 9500 bilet satılıb.
Bildirilib ki, biletlər məhdud sayda qalıb və azarkeşlərə onları vaxtında əldə etmək tövsiyə olunur.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Biletlərin qiymətləri 5, 10 və 20 AZN-dir.
Qeyd edək ki, görüş sabah saat 19:00-da start götürəcək.