son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

Emin Mahmudov üsyan etdi: "Bilmirik rəqibə, yoxsa hakimlərə qarşı mübarizə aparırıq" – MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 28-02-2026, 21:24

Misli Premyer Liqasının 22-ci turunda "Şamaxı" doğma meydanda "Neftçi"ilə heç-heçə etdi - 2:2.


Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın kapitanı Emin Mahmudov jurnalistlərin suallarını cavablandırdı.


Həmin müsahibəni təqdim edirik...


– Görüş barədə fikirləriniz?

 – Birinci hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci yarıda özümüzə gəldik, epizodlar yaratdıq. Qələbəyə çox yaxın idik. Amma hiss olunur ki, hakimlər bizim qalib gəlməyimizi istəmədi. Sanki bizə qarşı problemləri var. Hər oyundan sonra sakit qalırıq. Bizə penalti verilir, sonra açıqlama çıxır ki, bu penalti deyildi. Yenə eyni situasiya baş verir, yenə eyni sözlər deyilir. Amma xallar gedir, çempionat bitir. Bu, biabırçılıqdır. Komanda yoldaşlarıma təşəkkür edirəm, möhtəşəm xarakter göstərirlər.


– Bu hallar bir neçə dəfə yaşanıb. Sizcə, bu nədən qaynaqlanır? Bir dəfə olsa təsadüf saymaq olar…

 – Bilmirəm, yəqin ki, hakimlər səhv edir. Amma bu bunları yalandan “səhv” adlandırmaq olar. Bir dəfə olsa, başa düşərəm. Mövsümün əvvəlindən bu cür qərarlara görə xallar itirmişik. İndi ilk üçlükdə ola bilərdik. Amma yenə də davam edirik, mübarizə aparacağıq. Komanda yoldaşlarımın möhtəşəm xarakteri var. Bəzən bilmirik rəqibə, yoxsa hakimlərə qarşı mübarizə aparaq.


– “Neftçi”də hamıya qarşı mübarizə aparacaq güc varmı?

 – İnşallah, var. Davam edəcəyik və hər kəsə qarşı mübarizəmizi aparacağıq.


– Yeni transfer Breno Almeyda ilə meydanda bir-birinizi yaxşı başa düşdüyünüz hiss olunur. Gələcək oyunlarda bu anlaşmanın qol və ötürmə baxımından faydalı olacağını düşünürsünüz?

 – Bəli. Almeyda çox keyfiyyətli oyunçudur. İnşallah, bizə böyük qatqı verəcək.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR