son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

"Səhvləri aradan qaldırmaq üçün çox çalışırıq" – Füzuli Məmmədov

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-02-2026, 19:39

"Karvan-Yevlax" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, qonaqların baş məşqisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Çox çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Meydança bir az sürüşkən idi deyə, bizə çətinlik yaradırdı. Futbolçular meydanda yaxşı vuruşdular. Bizim üçün 1 xal da önəmli idi. Komandamız üçün istənilən xal vacibdir. Qalib də gələ bilərdik, uduza da bilərdik. Hər iki komandaya qarşıdakı matçda uğurlar arzulayıram".


- "Karvan-Yevlax" ən yaxın izləyicisi "Qəbələ"yə uduzmasa da, arada 9 xallıq fərq var. Sizcə, bunun səbəbi nədir?


- Səbəbi zəif oyunlarımızdır, qələbə qazanmamışıq. Mən gələndən sonra bəzi matçlarda yaxşı oynasaq da, məğlub olmuşuq, müdafiədə səhvlər buraxmışıq. İnanın ki, səhvləri aradan qaldırmaq üçün çox çalışırıq. Rəqibi təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq. Bilirəm ki, çətin olacaq. Amma məcburuq.


- Futbolçularınız çox vaxt aparırdı. Tapşırığı siz vermişdiz?


- Xeyr. İnanmıram hansısa məşqçi futbolçusuna "yerdə uzan, vaxt apar" tapşırığını versin. Elə şey yox idi. Futbolçudur da, hansısa epizodda güc sərf edir deyə, bərpa olmaq üçün belə şeylər edirlər. Amma məşqçi bu cür şey deməz.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR