son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

“PFL-dən xahiş edirəm, desinlər, etikanı harda pozmuşam?” – Ayxan Abbasov

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-02-2026, 17:22

Misli Premyer Liqasının XXII turunun “Şamaxı” – “Neftçi” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.


Sport1.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:


"Azarkeşlər üçün maraqlı oyun oldu. “Neftçi” kimi komandadan xal almaq yaxşıdır. Rəqib yaxşı formadadır. Məncə, bir xala layiq idik. Bəzi anlarda biz, bəzi anlarda onlar üstün oldu".


– Abubakarın birinci qolu müdafiənin səhvinin olduğunu düşünürsünüz?

– Hücumda olanda top itirdik və rəqib əks-hücumda bizi yaxaladı. Futbolçular da çox yorulmuşdu. Son ayda 4 gündən bir oyundayıq. Eyni heyət olur demək olar. Ən problem o oldu ki, hücuma çıxanda topu itirdik.


– Qarşıda “Qarabağ”la kubok oyunu var. Bu matç görüşə necə təsir edəcək?

– Çətin olacaq. Futbolçularıma inanıram. Belə sıx qrafikdə oynamağa öyrəşməliyik. Bütün dünyada belə hal var. Süni örtüklü meydançada məşq edir, futbol oynayırıq. Buna görə bərpa məsələsi çətindir. İtirəcəyimiz nəsə yoxdur, qazana bilərik. Buna görə mübarizə aparacağıq.


– Qubada “İmişli” ilə oyunda qapıların hündürlüyü ilə bağlı fikir bildirmişdiniz. Lakin PFL açıqlama verdi və bir növ sizi qınadı…

– Təəssüf edirəm ki, PFL mənə cavab verdi. Məndən əvvəl o meydançada oynayan məşqçilər sərt açıqlamalar vermişdilər, amma PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə, deyirlər ki, danışığım etik olmayıb. Bu etik məsələsini tapa bilmədim, bilmədim etik olmayan nədir. Həmin matçda top iki dəfə qapı dirəyinə dəydi. Qapıçı ilə danışdım, dedi qapını hiss edirdim. İkinci hissədə 12 sm torpaq töküb, problemi aradan qaldırırlarsa, hara gedirik? Məsələn, Bəhlul Mustafazadə o arenada zədələndi. Çox arqumentlər var. Meydançamızı təmizləməyə minnət edirlər. PFL nə vaxt gəlib meydança təmizləyib? Reqlament var. Bu gün olmayacaqdı, sabah olacaqdı. Biz nə demişik? “İmişli” ilə səfərdə oynayan bütün komandalar qapıyla bağlı etirazlarını bildiriblər. İndi nə oldu mən etikanı pozdum? Mən öz komandamdan da danışıram, meydançanın örtüyü dəyişməlidi, işıqlandırma olmalıdır. Problemlər var, bilirik. Biz nəyəsə don geyindirmirik. PFL-dən xahiş edirəm, desinlər, etikanı harda pozmuşam? Məndən əvvəl danışan məşqçilərin cavabını niyə vermədilər bəs?

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR