son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

“Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər” – Vernidub

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-02-2026, 17:03

Misli Premyer Liqasının XXII turunun “Şamaxı” – “Neftçi” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı.


Sport1.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:


"Oyunu şərh etmək istəmirəm. Bu qərara kim cavabdehdirsə, şərhi o versin. Oyundan razıyam, amma təəssüf ki, bu gün baş verənlər ağrılıdır. Futbola yaraşmır belə hal".


– Oyunun sonlarında qatı duman oldu. Sizcə, oyunun davam etməsi düzgün idi?

– Bilmirəm. Belə görünür ki, VAR epizodu yaxşı görüb.


– Abubakar fasilədən sonra oyuna qoşulub, ardıcıl qollar vurdu. Onun daha əvvəldən meydanda olması düzgün olmazdı?

– Əvvəldən düşünmüşdük. Sambu və Abubakar yaxşı formadadır. Hakimlik hər yerdə problemlidir. Tək Azərbaycanda deyil. Komanda olaraq ən məyusedici halı yaşadıq. Buna görə özümüzü pis hiss edirik. Ciddi irəli getməyə başlamışdıq. Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər. Amma dayanmayacağıq, iradəmiz və irəli gedəcəyik. Güclülər bu yolu davam edə bilirlər. Üzrlü sayın, daha danışmaq istəmirəm.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR