son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

"Bu gün çox güc sərf etdik" – Rəşad Sadıqov

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-02-2026, 20:32

"Zirə" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib.


Sport1.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. İki eyni səviyyədə olan komanda qarşılaşırdı. İkisi də avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Vacib olan sona qədər intizamı qoruyub-saxlamaq və qələbə qazanmaq idi. Şükürlər olsun ki, qalib gəldik. Qarşıda bizi "Sumqayıt"la vacib kubok oyunu gözləyir. Bütün diqqətimizi həmin matça yönəltməliyik. Bundan sonra çempionatın 3-cü dövrəsinin hazırlıqlarına başlayacağıq".


- "Sumqayıt" son zamanlar "qara zolaq"dadır. Demək olar ki, avrokuboklara vəsiqə uğrunda mübarizə apardığınız rəqiblərdən biri artıq sıradan çıxır?


- Qətiyyən bu fikirlə razı deyiləm. "Kəpəz"lə oyuna baxırdım. "Sumqayıt" qırmızı vərəqəyə qədər yaxşı oynayırdı. Sadəcə olaraq "Kəpəz" əks-hücumlarda təhlükəli oldu və əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. "Sumqayıt"ın baş məşqçisi xeyli rotasiya etdi. Rəqibi 3 gün sonrakı matçda yorğun gözləmirik. Çempionat elə gedir ki, hər oyunda xal və ya xallar uğrunda mübarizə aparmalıyıq ki, sonda istədiyimiz nəticəyə çata bilək.


- "Sumqayıt" çempionatdakı xal itkilərindən sonra diqqəti kuboka yönəldəcək. Bu amil "Zirə"nin işini çətinləşdirməyəcək?


- Biz də başa düşürük ki, kubokda daha istəkli olacaqlar. Mənə elə gəlir ki, qırmızı vərəqədən sonra edilən dəyişikliklərdə "Sumqayıt"ın baş məşqçisi kubok matçını düşünürdü. Yəqin ki, mən də onun yerində olsaydım, eyni şeyi edərdim. Biz bu gün çox güc sərf etdik. Ona görə də tez bir zamanda bərpa olmalıyıq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR