
Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək.
Sport1.az-a daxil olan məlumata görə, "Qarabağ"ın üzvü "Orlando Siti"yə transfer olunub. Ağdam təmsilçisi və ABŞ klubu arasında razılıq əldə olunub. Transfer yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Nəriman Axundzadə "Qarabağ"ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.