son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

"Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik" – Azər Bağırov

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-02-2026, 17:42

"Kəpəz" Misli Premyer Liqasının 22-ci turunda Yevlax şəhər stadionunda "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı. Bu gün istədiklərimiz meydanda həyata keçdi. Uşaqları təbrik edirəm. Önümüzə baxacağıq".


- Futbolçuların bu qədər motivasiyalı olmasının səbəbi nə idi?


- "Sabah"la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də həmin oyundan motivasiya qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar.


- Kubokda hədəfiniz nə olacaq?


- Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. "Turan Tovuz"la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR