son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

"Daha yaxşı oynamağa çalışacağıq" – Saşa İliç

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-02-2026, 17:23

"Sumqayıt" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Kəpəz"ə 0:3 hesabı ilə məğlub olub.


Sport1.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Kəpəz"i qələbə münasibətilə təbrik edirəm. Fikrimcə, bura gəldiyim vaxtdan bu yana ən pis birinci hissə oynadıq. İnana bilmirəm ki, bu cür asan qollar buraxdıq. İkinci hissəyə bir az yaxşı başladıq. Amma Ninkoviçin meydanı tərk etməsi oyuna təsirini göstərdi".


- Getməyin vaxtı çatıb, yoxsa vəziyyəti düzəldə biləcəksiz? Son 8 matçda cəmi 1 qələbə qazanmısız...


- Daha yaxşı oynamağa çalışacağıq. Ramalinqomun bir oyunluq cəzası qalıb. Bizi kubok matçı da gözləyir. Mövcud oyunçularla davam edəcəyik.


- Yankoviçin start heyətindən kənarda qalması nə ilə əlaqədardır? Onun da start heyətində meydana çıxmaması öz təsirini göstərdi?


- Yankoviçin hərarəti yüksək idi. İki məşqdə iştirak etməmişdi. 


- Ninkoviç kimi təcrübəli oyunçu sarı vərəqəsi ola-ola necə ikinci sarı vərəqə ala bilir? Buna necə şərh verərdiz?


-Fasilədə ona bildirmişdim ki, ehtiyatlı oynasın. Amma düzü, ikinci sarı vərəqə aldığı epizodda o qədər də kobud oynadığını düşünmürəm. Baş hakim bu qərarı verdi, hörmətlə yanaşırıq.


- Qələbə qazanmaq üçün xarakter lazımdır, futbolçularda isə xarakter çatışmır. 8 matçda cəmi 1 qələbə qazanmısız, futbolçular yersiz vərəqələr alır, asan qollar buraxırsız. Amma siz çox sakitsiz, futbolçuları çox rahat müdafiə edirsiz, sanki hər şey qaydasındadır. Düşünmürsüz ki, bu, doğu yol deyil və futbolçulara öz xarakterinizi göstərməlisiz?


- Deməzdim ki, mən rahatam. Təbii ki, bununla bağlı müəyyən işlər görülür. İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR