
“Qarabağ”ın “Nyukasl”la oyunda zədələnən futbolçusu Kamilo Duranın durumuna aydınlıq gəlib.
Sport1.az xəbər verir ki, klubdan verilən məlumata əsasən, tibbi heyət tərəfindən aparılan müayinələrdən sonra oyunçunun vəziyyətinin yaxşı olduğu müəyyənləşib.
Bildirilib ki, Duranın ciddi zədəsi yoxdur və o, yaxın günlərdə komanda ilə məşqlərə başlayacaq