son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı

Bölmə adı Azərbaycan
Yayımlandı 27-02-2026, 09:24

Azərbaycan hazırkı avrokubok mövsümünü UEFA əmsallar cədvəlində 27-ci pillədə başa vuracaq.


Sport1.az bu barədə haqqin.az saytına istinadən xəbər verir.


Bu, dünən gecə Bolqarıstanın “Ludoqorets” klubunun Avropa Liqasından kənarlaşdırılmasından sonra tam dəqiqləşib. Məhz Bolqarıstan Azərbaycanı 27-ci pillədən sıxışdırıb çıxara biləcək yeganə ölkə idi.


Ötən mövsümü 30-cu sırada başa vuran ölkəmiz üç pillə irəliləyib. Bir il ərzində həm Bolqarıstanı, həm Slovakiyanı, həm də avrokuboklardan kənarlaşdırılmasına baxmayaraq hər il UEFA-dan 4,333 xal alan Rusiyanı qabaqlamışıq.


Azərbaycan cədvəldə yüksəlişini əsasən “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı sayəsində reallaşdırıb. Ölkəmiz avromövsümü 22,937 xalla tamamlayır. Bu, Azərbaycan klublarının son beş mövsümdə – 2021/22-dən 2025/26-ya qədər topladığı ümumi xaldır. 22,937 xal Azərbaycanın avrokuboklardakı iştirakı tarixində rekord göstəricidir.


Bundan əvvəl ən yaxşı beşillik nəticə 2023/24 mövsümünün yekununa əsasən qeydə alınmış 20,125 xal idi. Həmin mövsümdə “Qarabağ” Avropa Liqasında 1/8 finala yüksəlmişdi.


Cari mövsümdə Azərbaycan 5,812 xal toplayıb. 2023/24 mövsümündəki rekord göstəricidən (5,875) cəmi bir heç-heçə uzaqda qalmışıq.


Toplanan 5,812 xalın bölgüsü belədir:


4,687 – “Qarabağ”


0,625 – “Sabah”


0,375 – “Araz-Naxçıvan”


0,125 – “Zirə”


Hazırkı UEFA əmsallar cədvəli 2027/28 mövsümündə avrokuboklara vəsiqələrin bölgüsünü müəyyənləşdirir. Ötən mövsüm tutduğumuz 30-cu yer bu yay Azərbaycan klublarının start mövqeyini zəiflədəcək. Komandalarımızdan biri Konfrans Liqasına mübarizəyə 2-ci yox, 1-ci təsnifat mərhələsindən başlamağa məcbur olacaq.


Bu mövsüm isə vəziyyəti düzəltmişik. Deməli, UEFA formatı dəyişməzsə, 2027-ci ilin yayında Konfrans Liqasındakı hər iki Azərbaycan təmsilçisi yenidən 2-ci təsnifat mərhələsindən yarışa başlayacaq.


Klub reytinqinə gəlincə, “Qarabağ” bu mövsüm şəxsi rekordunu müəyyənləşdirərək 13,750 xal toplayıb. Son beş mövsümdə Azərbaycan çempionu 42,750 xal yığıb və hazırda 60-cı pillədə qərarlaşıb. Müqayisə üçün, Çempionlar Liqasında ağdamlıları mübarizədən kənarlaşdıran “Nyukasl” 28,750 xalla 74-cü sıradadır.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR