son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

AFFA-nın məşqçi kurslarının ikinci günü nəzəri və praktiki sessiyalarla davam edib

Bölmə adı Azərbaycan
Yayımlandı 26-02-2026, 22:41

AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilən D kateqoriyalı məşqçi kursları davam edir.


Sport1.az xəbər verir ki, kursun ikinci günü nəzəri və praktiki sessiyalarla yadda qalıb.


AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən iştirakçılara “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları”, həmçinin uşaq və yeniyetmələrlə iş zamanı pedaqoji yanaşma, məşq prosesinin planlaşdırılması və oyunçu inkişafının mərhələləri ilə bağlı geniş təqdimatlar keçirilib.


Sessiyalar zamanı müasir məşq metodologiyasının tətbiqi, yaş qruplarına uyğun məşq modellərinin qurulması, təhlükəsizlik qaydaları və motivasiya üsulları praktiki nümunələr əsasında izah olunub. Təlimatçılar tərəfindən real oyun situasiyaları üzərindən analizlər aparılıb, iştirakçılarla interaktiv müzakirələr təşkil edilib və müxtəlif prizmalardan fikir mübadiləsi həyata keçirilib.


Praktiki hissədə isə məşq planının hazırlanması, meydanda düzgün yerləşmə, tapşırıqların izahı və məşqçinin kommunikasiya bacarıqları üzərində xüsusi dayanılıb. İştirakçılar qrup şəklində tapşırıqlar yerinə yetirərək nəzəri biliklərini meydanda tətbiq etmək imkanı qazanıblar.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR