son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

"Karvan-Yevlax" baş məşqçisi haqda bəyanat yaydı

Bölmə adı Premyer Liqa
Yayımlandı 26-02-2026, 16:22

"Karvan-Yevlax" Füzuli Məmmədovun istefaya göndərilməsi ilə bağlı çıxan iddialarla bağlı bəyanat yayıb.


Sport1.az xəbər verir ki, hazırda Premyer Liqada sonuncu pillədə qərarlaşan bölgə klubu Məmmədovun postunda qalacağını yazıb: 


"Karvan-Yevlax” ilə bağlı sosial şəbəkələrdə və bir neçə KİV-də yayılan baş məşqçi Füzuli Məmmədovun guya istefaya göndərilməsi barədə məlumatlar tamamilə əsassız və həqiqətə uyğun deyil. Klub rəhbərliyi olaraq bildiririk ki, Füzuli Məmmədov komandanın baş məşqçisi olaraq fəaliyyətini davam etdirir və onunla bağlı hər hansı istefa və ya müqaviləyə xitam qərarı mövcud deyil.


Təəssüflə qeyd edirik ki, bu kimi məqsədli və təsdiqlənməmiş məlumatların yayılması komandamız daxilində sabitliyi pozmağa, süni fikir ayrılığı formalaşdırmağa və ictimai rəyə təsir göstərməyə yönəlmiş cəhd təsiri bağışlayır. Klub olaraq bu cür manipulyativ yanaşmaları qətiyyətlə rədd edir, həm məşqçilər korpusuna, həm də futbolçularımıza tam etimad bəslədiyimizi açıq şəkildə bəyan edirik.


Füzuli müəllim peşəkar yanaşması, nizam-intizamı və futbol biliyi ilə qısa müddətdə komandada sağlam mühit formalaşdırıb. O, həm taktiki baxımdan oyunumuzu inkişaf etdirib, həm də futbolçuların fərdi inkişafına xüsusi önəm verib. Komandanın gələcək planları və strategiyası məhz onun rəhbərliyi altında qurulub. Mövsüm ərzində müəyyən çətinliklərin olması futbolun təbii bir hissəsidir. Lakin rəhbərlik olaraq baş məşqçimizə tam etimad göstəririk və uzunmüddətli hədəflərimiz istiqamətində birlikdə çalışmağa davam edəcəyik. İctimaiyyəti rəsmi olmayan və təsdiqlənməmiş məlumatlara inanmamağa çağırırıq. Klubumuzla bağlı hər hansı yenilik yalnız rəsmi mənbələr vasitəsilə açıqlanır".

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR