son dəqiqə SON DƏQİQƏ
Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir -

Qəbələdə irqçiliklə mübarizə ilə bağlı mühazirə keçirildi

Bölmə adı Premyer Liqa
Yayımlandı 25-02-2026, 18:52

“Qəbələ” Futbol Klubunda Futbolda Sosial Məsuliyyətin meyarlarından biri olan irqçiliklə mübarizə ilə bağlı mühazirə keçirilib.


Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə “Qəbələ” Akademiyasının futbolçu və məşqçi heyəti, həmçinin klubun digər əməkdaşları iştirak ediblər. 


“Qəbələ”nin futbolda sosial məsuliyyət üzrə meneceri Şair Abdulla tərəfindən keçirilən mühazirə zamanı iştirakçılara dünya futbolunun əsas bəlalarından olan irqçilik barədə ətraflı məlumat verilib. Həmçinin, UEFA-nın nizamnaməsində yer alan irqçiliklə mübarizə ilə bağlı müvafiq maddələr iştirakçıların diqqətinə çatdırılıb. 


Mühazirə zamanı son illərdə Avropa futbolunda baş vermiş irqçi davranışlar və buna görə UEFA və yerli futbol federasiyaları tərəfindən tətbiq olunmuş müvafiq cəzalar barədə məlumat verilib. İrqçiliyin yaratmış olduğu bioloji və psixoloji bərabərsizlik pislənilib, klubun hər bir üzvü belə bir fərqlilik hallarının yaradılmamasına çağırılıb.


Qeyd edək ki, Qəbələ şəhər stadionunda digər posterlər arasında yer alan “NO TO RACISM” şüarı cəmiyyətlər arasındakı birliyi və həmrəyliyi yox edən, zülm və istismara səbəb olan irqçiliyin “Qəbələ” İdman Klubu tərəfindən pislənməsinin əyani sübutudur

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR