son dəqiqə SON DƏQİQƏ
Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir -

Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçirildi

Bölmə adı Azərbaycan
Yayımlandı 24-02-2026, 15:52

AFFA və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə əfsanəvi futbolçu Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib.


Sport1.az xəbər verir ki, 14 yaşadək uşaqlar arasında təşkil olunan turnirdə Bakının kənd və qəsəbələrini təmsil edən 6 komanda mübarizə aparıb. Dalğa Məşq Mərkəzində baş tutan final qarşılaşmasında “Atəşgah”ı (Suraxanı) 4:0 hesabı ilə məğlub edən “Binə” komandası turnirin qalibi olub. “Atəşgah” isə ikinci yeri tutub.


Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar. Kubok qalib komandaya AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov tərəfindən təqdim edilib.


Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd Azərbaycan futbolunun parlaq simalarından olmuş mərhum Anatoli Banişevskinin xatirəsini yad etmək, eləcə də uşaqlar arasında futbolun kütləviliyini artırmaq və istedadlı futbolçuların üzə çıxarılmasına dəstək olmaqdır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR