son dəqiqə SON DƏQİQƏ
Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir -

Tarixini unutmayan, əfsanəsini yaşadan – “Neftçi”

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 24-02-2026, 13:52

Azərbaycan futbolunun flaqmanı bir daha göstərdi ki, böyük klub olmaq təkcə meydandakı nəticələrlə ölçülmür. Böyük klub olmaq tarixə sahib çıxmaq, əfsanəni unutdurmamaq, keçmişi gələcəyə daşımaqdır.


Dünən “ağ-qaralar”ın və Azərbaycan futbolunun əvəzolunmaz simalarından olan Anatoli Banişeviskinin anadan olmasının 80 ili tamam oldu. Bu yubiley təkcə bir tarix deyil, bütöv dövrün, məktəbin, futbol mədəniyyətinin xatirəsidir.


Klub rəhbərliyi, baş məşqçi, komandanın kapitanı və əfsanənin ailə üzvləri Banişevskinin məzarını ziyarət edərək önünə çələng qoyublar. Bu, sadəcə bir mərasim deyil sədaqətin, ehtiramın və minnətdarlığın simvoludur.


Bununla da kifayətlənməyən “Neftçi” əfsanəvi “9 nömrə”nin adını sonsuzadək yaşatmaq üçün növbəti tarixi addımı atdı. Komandanın ev oyunlarını keçirdiyi “Palms Sports Arena” stadionunda ən böyük tribunalardan biri olan “Cənub” tribunası bundan sonra Anatoli Banişevskinin adını daşıyacaq.


Üstəlik, həm Azərbaycan futbolunun, həm də “Ağ-qaralar”ın əfsanəsinin yubileyi münasibətilə sənədli film də hazırlanıb. Bu film yeni nəsillərə Banişevski irsini çatdıracaq, “9 nömrə”nin meydandakı sehri və xarakteri haqqında danışacaq.


“Neftçi” bununla bir daha öz tarixinə bağlılığını, hörmət və sevgisini sübut etdi. Çünki əfsanələr unudulmur, yaşadılır.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR