son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

"Azərbaycanda hörmət olunası klub varsa, bu "Qarabağ"dır" – Azər Bağırov

Bölmə adı Premyer Liqa
Yayımlandı 22-02-2026, 20:32

Misli Premyer Liqasının XXI turu çərçivəsində "Kəpəz"i qəbul edən lider "Sabah" 1:0 hesablı qələbə qazanıb.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:


"Futbolçularıma yaxşı vuruşmaqları üçün təşəkkür edirəm. Ani diqqətsizlikdən qapımızdan qol buraxdıq. Ən yaxşı oyunçularımızı meydana buraxdıq. Futbolçularım üçün gözəl təcrübə oldu. Soyuq havada stadiona gələn azarkeşlərə də minnətdarlığımı bildirirəm".


- Ötən mövsüm komandanı Premyer Liqada saxlamağı bacardınız. Bu il də bunun üçün çalışırsınız. Hər iki mövsümü müqayisə etsəniz, nə kimi çətinlik və ya dəyişiklik görürsünüz?


- Fərqlər ondan ibarətdir ki, ötən il legioner daha çox idi. Digər komandalarla müqayisə etsəniz, ən az legioner hazırda bizdədir. Əlimizdən gələnin yaxşısın etməyə çalışırıq. "Turan Tovuz"la matçda fikir versəniz, rəqibdə 2 azərbaycanlı futbolçu var idisə meydanda, bizdə bu rəqəm 9 idi. Bu gün keçirilən matçda da "Sabah"ın heyətində elə bir məqam oldu ki, meydanda rəqibdə azərbaycanlı futbolçu yox idi, bizdə isə 7 nəfər mübarizə aparırdı. 


- "Neftçi" ilə son matçda "Kəpəz" azarkeşlərinin "Neftçi" fanatları ilə birlikdə "Qarabağ"a qarşı şüarlarını necə dəyərləndirirsiniz?


- Bu şüar haqda eşitməmişəm. "Qarabağ"la bizim nə ədavətimiz, nə də xüsusi rəqabətimiz var. Azərbaycanda Avropadakı uğurlarına görə, hörmət olunası klub varsa, bu "Qarabağ"dır. 

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR