son dəqiqə SON DƏQİQƏ
Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır -

“Real” rəhbərliyi Arbeloadan da narazıdır

Bölmə adı İspaniya
Yayımlandı 22-02-2026, 12:16

“Real”ın “Benfika”ya qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu komandanın baş məşqçisi Alvaro Arbeloa üçün həlledici ola bilər.


Sport1.az  xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Madrid klubu fevralın 25-də doğma meydanda “Benfika”nı qəbul edəcək. Tərəflər arasında keçirilən ilk görüş “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Mənbənin məlumatına görə, 43 yaşlı ispan mütəxəssisin mövqeyi La Liqanın 25-ci turunda “Osasuna”ya 1:2 hesablı məğlubiyyətdən sonra ciddi şəkildə zəifləyib. Komandanın Çempionlar Liqasından kənarda qalacağı təqdirdə onun vəzifəsindən uzaqlaşdırılması mümkündür.


Bildirilib ki, klub daxilində Arbeloanın qərarlarının məntiqi tam başa düşülmür və komandanın aydın oyun modelinin olmaması narazılıq doğurur. Rəhbərlik baş məşqçinin bir çox addımlarının futbolçuların istəyinə uyğun qurulmasından da məmnun deyil.

Qeyd edək ki, Arbeloa yanvarda Xabi Alonsonun istefasından sonra “Real”ın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 10 oyun keçirib, bu matçlarda 7 qələbə qazanıb və 3 dəfə məğlub olub.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR