son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

"Karvan-Yevlax" elə vəziyyətdədir ki..." – Demçenko

Bölmə adı Premyer Liqa
Yayımlandı 21-02-2026, 17:23

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 21-ci turunda səfərdə "Karvan-Yevlax"ı 2:0 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, qonaqların baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Futbolçularıma demişdim ki, çətin oyun olacaq. "Karvan-Yevlax" elə vəziyyətdədir ki, onların itiriləsi heç nəyi yoxdur, ölümə qədər döyüşəcəkdilər. Komandama dedim ki, rəqibi qiymətləndirmək lazımdır. Birinci hissədə istədiklərimizi tam olaraq edə bilmirdik. Belə vəziyyətdə səbirli olub şansını gözləmək lazımdır. Səbirli olub əks-hücumda qol vurduq. İkinci hissədə bir az fərqli oynadıq. Rəqibə oynamaq üçün məsafə verməməyə çalışdıq. Futbolçularıma təşəkkürümü bildirdim. Qələbə qazanmaq üçün hər şey etdilər. Hələ rahat ola bilmərik. Qarşıda oyunlarımız var".


- Felipe Santos bundan sonra daimi olaraq əsas heyətdə oynayacaq?


- Biz Santosa izah etdik ki, o, yaxşı futbolçudur. Onun yaxşı oyun keyfiyyətləri var. Hər şey çox sadədir. O, öz üzərində daha çox işlədi və əsas heyətə qayıtdı.


- Klub prezidenti Ramin Axundovun axtarışa verilməsi komandaya necə təsir edir?


- Bu barədə elə də məlumatım yoxdur. Biz öz işimizi görürük. Bizim standart rejimimiz var. Komanda öz işini görməyə davam edir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR