son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

“Hər oyun döyüşməliyik ki, xallar qazanaq” – Tsxadadze

Bölmə adı Premyer Liqa
Yayımlandı 20-02-2026, 22:04

Misli Premyer Liqasının XXI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü...


"Çox danışmayacağam. Hər iki komanda yüksək səviyyədə oyun sərgilədi. Bu mövsüm üçüncü dəfə penaltini vura bilmirik. Məşq prosesində bunun üzərində işləyirik, amma oyunda alınmır. Futbolçuların mübarizəsindən razı qaldım. Belə işləsək, mövsümün sonuna kimi daha çox xal toplayacağıq".


– Penalti məsələsini həll etməyin nəsə yolu var?

– Bu, psixologiya məsələsidir. Ba Lua yüksək səviyyəli, təcrübəli oyunçudur. Futbolda belə hallar olur. Belə anlarda psixologiya mühümdür. İndi elə vəziyyətdəyik ki, hər oyun xal qazanmalıyıq, bu da futbolçulara təsir göstərir. Futbolçularıma təşəkkür edirəm. “Sumqayıt” yaxşı komandadır. Baxımlı oyun oldu. Belə komandalara qarşı oynamaq xoşdur. Biz də meydanda oyun göstərməyə çalışdıq. Qol olmasa da, zövq alınası oyun oldu. Penalti vurmağı da öyrənsək, daha yaxşı olacaq.


– Qış fasiləsində komandanı istədiyiniz kimi formalaşdıra bildiniz? 

– Heyəti gücləndirdik. Bəzi oyunçular komandaya gec qoşulsa da, uyğunlaşa bildilər. İndi müdafiədə də yaxşı oynamağa başlamışıq. Qışdan əvvəl arxa xətdə problemlər var idi. Hazırda həm hücumda, həm müdafiədə yaxşı çıxış edirik. Hər oyun döyüşməliyik ki, xallar qazanaq, mövsümü istədiyimiz yerdə bitirək.


– AFFA Hakimlər Komitəsi “Sabah”la oyunda sayılmayan qolun izahını verib. Bundan razı qaldınız?

– Oyun artıq bitib. Qərara hörmətlə yanaşıram. Amma mənə elə gəlir, qol var idi.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR