“Xankəndi”nin yeni baş məşqçisi bəlli oldu

Bölmə adı II Liqa
Yayımlandı 14-01-2026, 13:08

Azərbaycan I Liqasında çıxış edən “Xankəndi” futbol komandasının yeni baş məşqçisi açıqlanıb.


Sport1.az xəbər verir ki, bu barədə klubun məlumat yayıb.


Bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib.


UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər “Qəbələ” Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.


Qeyd edək ki, Zaur Hacıyev son olaraq “Karvan-Yevlax”da köməkçi məşqçi kimi çalışıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR