son dəqiqə SON DƏQİQƏ
AGF üç ölkənin federasiyası ilə memorandum imzaladı Valideyn himayəsindən məhrum uşaqlara futbol vasitəsilə yeni gələcək Dambrauskas: “Bacardığımız işi görməliyik” İsfahan Həsənov Dünya Çempionatının finalında Anqolalı vinger “İmişli”də “Qəbələ” onunla bağlı qərarını verdi Azərbaycan I və II Liqalarında püşkatmanın vaxtı açıqlanıb Güləş üzrə U17 Dünya Çempionatının açılış mərasimi keçirilib “Turan Tovuz” Türkiyə klubu ilə qarşılaşıb DÇ-2026: Ən yaxşı qolun müəllifi müəyyənləşdi Karyerasını başa vurdu "Qarabağ" azarkeşlərinə şad xəbər! PFL daha bir təqvimi açıqladı Nurlan Novruzov II Liqada çıxış edən klubla müqavilə imzaladı Premyer Liqa klublarının yay transferləri "Sportinq"də oynamış futbolçu Azərbaycan klubu ilə anlaşdı Federasiya məlumat yaydı: Bakı çempionatının vaxtı dəyişdirildi Rəhman Şabanov "Xankəndi"də Serbiya Super Liqasının baş katibi Bakıda Elxan Səmədovla görüşdü DÇ: 3 güləşçimiz yarımfinalda Bu Azərbaycan klubu loqosunu dəyişdi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandıracaq "Zirə"nin "Payde" ilə cavab matçının hakimi bu səbəbdən dəyişdirildi Kamran Zeynalov final mərhələsinə vəsiqəni təmin etdi - Dünya Kuboku AVF-nin baş katibi bu qurumda yüksək vəzifəyə təyin olundu Prezidentdən Azərbaycandakı Dünya Çempionatı ilə bağlı Liqa yarışında III tur keçiriləcək Türkiyə millisi çempion oldu

İsfahan Həsənov Dünya Çempionatının finalında

Bölmə adı Güləş
Yayımlandı Bu gün, 21:48

Bu gün güləş üzrə U17 Dünya Çempionatına start verilib.

Sport1.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışın ilk günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

Ömər Salmanov (48 kq) hindistanlı Avinaş Çetakeyə 6:1 hesabıyla qalib gəldikdən sonra iranlı Ali Morteza Leyvesini “tuş”la üstələyib. Ancaq yarımfinalda rusiyalı Soltan Yusupova 1:3 hesabıyla məğlub olub. Ömər sabah bürünc medal uğrunda güləşəcək.

Qurban Məcnunov (55 kq) qırğızıstanlı Əlixan Miinazarovu vaxtından əvvəl (9:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda hindistanlı Hariom Hariomaya sonuncu xal prinsipinə əsasən (3:3) uduzub.

Orxan Həbibli (65 kq) yarımfinaladək çexiyalı Qaspar Sançes (8:0), rumıniyalı Qabriel Lunqu (9:18) və özbəkistanlı Sardar Mahmudova (9:0) tam üstünlüklə qalib gəlib. Finalın bir addımlığında Ukraynanı təmsil edən soydaşımız İbrahim Nəsibova minimal fərqlə (3:4) məğlub olan Orxan sabah bürünc medal uğrunda mübarizə aparacaq.

İsfahan Həsənov (80 kq) xorvatiyalı Toma Yelens üzərində inamlı qələbədən (6:0) sonra polşalı Şimon Trederi sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. 1/4 finalda Türkiyəli Əbdülxaliq Baldan (5:2) güclü olan Həsənov yarımfinalda litvalı Benediktas Bubeleviçiusa 4:2 hesabıyla qalib gələrək U17 dünya çempionatında finala yüksələn ilk güləşçimiz olub. O, sabah finalda iranlı Alireza Rezayi ilə güləşəcək.

Müəllif: Cahan