son dəqiqə SON DƏQİQƏ
Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar Kamran Zeynalov Dünya Kubokunun qalibi olub AGF üç ölkənin federasiyası ilə memorandum imzaladı Valideyn himayəsindən məhrum uşaqlara futbol vasitəsilə yeni gələcək Dambrauskas: “Bacardığımız işi görməliyik” İsfahan Həsənov Dünya Çempionatının finalında Anqolalı vinger “İmişli”də “Qəbələ” onunla bağlı qərarını verdi Azərbaycan I və II Liqalarında püşkatmanın vaxtı açıqlanıb Güləş üzrə U17 Dünya Çempionatının açılış mərasimi keçirilib “Turan Tovuz” Türkiyə klubu ilə qarşılaşıb DÇ-2026: Ən yaxşı qolun müəllifi müəyyənləşdi Karyerasını başa vurdu "Qarabağ" azarkeşlərinə şad xəbər! PFL daha bir təqvimi açıqladı Nurlan Novruzov II Liqada çıxış edən klubla müqavilə imzaladı Premyer Liqa klublarının yay transferləri "Sportinq"də oynamış futbolçu Azərbaycan klubu ilə anlaşdı Federasiya məlumat yaydı: Bakı çempionatının vaxtı dəyişdirildi Rəhman Şabanov "Xankəndi"də Serbiya Super Liqasının baş katibi Bakıda Elxan Səmədovla görüşdü DÇ: 3 güləşçimiz yarımfinalda Bu Azərbaycan klubu loqosunu dəyişdi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandıracaq "Zirə"nin "Payde" ilə cavab matçının hakimi bu səbəbdən dəyişdirildi Kamran Zeynalov final mərhələsinə vəsiqəni təmin etdi - Dünya Kuboku AVF-nin baş katibi bu qurumda yüksək vəzifəyə təyin olundu Prezidentdən Azərbaycandakı Dünya Çempionatı ilə bağlı

AGF üç ölkənin federasiyası ilə memorandum imzaladı

Bölmə adı Güləş
Yayımlandı Dünən, 23:15

Bakıda təşkil edilən güləş üzrə U17 Dünya Çempionatı çərçivəsində Azərbaycan Güləş Federasiyası ilə Türkiyə Güləş Federasiyası, Qazaxıstan Güləş Federasiyası və Mərakeş Krallığının Güləş Federasiyası arasında ikitərəfli anlaşma memorandumları imzalanıb.

Sport1.az xəbər verir ki, imzalanan memorandumlar federasiyalar arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, güləşin davamlı inkişafının təşviqinə və idman nailiyyətlərinin artırılmasına xidmət edəcək.

Sənədlərdə milli komandalar arasında birgə təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlarda iştirak imkanlarının genişləndirilməsi, məşqçilik, hakimlik və digər sahələrdə bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq həmçinin tərəfdaş federasiyalar arasında uzunmüddətli və səmərəli əlaqələrin inkişafına, güləşin beynəlxalq səviyyədə təşviqinə, eləcə də Azərbaycan güləşçilərinin hazırlıq prosesinin təkmilləşdirilməsi və onlar üçün yeni inkişaf perspektivlərinin yaradılmasına mühüm töhfə verəcək.

Azərbaycan Güləş Federasiyası beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini ölkəmizdə güləşin inkişafı, idmançıların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq arenada uğurların davamlılığının təmin olunması baxımından prioritet istiqamətlərdən biri kimi qiymətləndirir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR