son dəqiqə SON DƏQİQƏ

DÇ: 3 güləşçimiz yarımfinalda

Bölmə adı Güləş
Yayımlandı 27-07-2026, 15:58

Bakıda güləş üzrə U-17 Dünya Çempionatı keçirilir.

Sport1.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə qoşuldu.

Onlardan 3-ü yarımfinala vəsiqə qazandı.

Ömər Salmanov (48 kq), Orxan Həbibli (65 kq) və İsfahan Həsənov (80 kq) finala vəsiqə uğrunda tatamiyə çıxacaqlar.

Emin Baxşəliyev (110 kq) təsnifatda, Qurban Məcnunov (55 kq) 1/8 finalda məğlub oldular.

Turnir avqustun 2-də başa çatacaq.

Yarışda Azərbaycan 29 güləşçi ilə təmsil olunacaq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR