son dəqiqə SON DƏQİQƏ

AVF-nin baş katibi bu qurumda yüksək vəzifəyə təyin olundu

Bölmə adı Voleybol
Yayımlandı 27-07-2026, 14:19

Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov Dövlət Gömrük Komitəsində (DGK) yüksək vəzifəyə təyin olundu.

Sport1.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzaladı.

Orucov DGK-də Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini icra edəcək.

Azərbaycan Voleybol Federasiyasının prezidenti DGK-nın sədri Şahin Bağırovdur.

Faiq Orucov daha əvvəl Azərbaycan Güləş Federasiyasında da baş katib vəzifəsində işləyib.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR