İyulun 28-nə nəzərdə tutulan avarçəkmə, kanoe və kayak üzrə açıq Bakı çempionatının vaxtı dəyişdirildi.
Sport1.az xəbər verir ki, küləkli hava şəraiti ilə əlaqədar yarış iyulun 29-na keçirildi.
Bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yaydı.
Çempionat Bakı bulvarında ("Suraxanı" gəmi-muzeyinin yaxınlığında) təşkil olunacaq.
Yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq.
İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak növündə birnəfərlik və ikinəfərlik qayıqlarda 500 metr məsafəyə yarışacaqlar.
Bundan başqa, iştirakçılar ilk dəfə qarışıq (mix) növdə də qüvvələrini sınayacaqlar.
Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.