Serbiya Super Liqasının baş katibi Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı oldu.
Sport1.az xəbər verir ki, ölkəmizə səfər çərçivəsində Peşəkar Futbol Liqasının qonağı olan Darko Ramovs qurumun prezidenti Elxan Səmədov ilə görüşdü.
Görüş zamanı Serbiya Super Liqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında mövcud olan əməkdaşlıq və perspektivlər müzakirə olundu.
Eyni zamanda, hər iki ölkədə keçirilən bütün liqaların strukturları və liqaları maraqlandıran bütün məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.