son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

“Bizim üçün hər xal önəmlidir“ - Ayxan Abbasov

Bölmə adı Premyer Liqa
Yayımlandı 16-02-2026, 17:37

“Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi”.


Sport1.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 20-ci turunda "Turan Tovuz"la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, futbolçularından razı qaldığını söyləyib:


“Ötən tur acı məğlubiyyət yaşadıq. 17-ci turda "Qəbələ"yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. Ard-arda "Qarabağ"la iki dəfə oynadıq. Heyətdə çox da dəyişiklik edə bilmirik. Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi.

Birinci hissədə daha yaxşı oynadıq. Üstünlük bizdə idi. Kərim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydilər, hesabı aça bilərdik. Komandam rəqibin standart vəziyyətlərində yaxşı oynadı. Bizim üçün hər xal önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

O, sözügedən matçda bir dəyişiklik etməyinin səbəbini də açıqlayıb: “Oyuna görə belə etdik. Rəqib standart vəziyyətlərdə çox yaxşıdır. Ehtiyatda olan futbolçularımız hamısı bəstəboydur. Rossi nə qədər yorulsa da, onun mövqeyində başqa oyunçu yoxdur. Ehtiyatda olan futbolçuların bu tempdə və rəqibin standart vəziyyətlərində çətinlik çəkəcəyini düşündük. Gələn oyunlarda dəyişikliklər olacaq”.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR