
“Yuventus” İtaliya A Seriyasında “İnter”lə oyuna ciddi itki ilə çıxacaq.
Sport1.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kefren Türam zədə səbəbindən matçda iştirak etməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bu gün keçiriləcək “İnter” – “Yuventus” oyunu saat 23:45-də start götürəcək.
24 yaşlı futbolçu bu mövsüm 31 oyunda 3 məhsuldar ötürmə edib.