
“Barselona”nın hücumçusu Rafinya zədə səbəbindən İspaniya Kubokunun 1/4 final mərhələsində “Albasete” ilə oyunda iştirak etməyəcək.
Sport1.az xəbər verir ki, klubun rəsmi açıqlamasında braziliyalı futbolçunun sağ bud əzələsində yüngül dartılma aşkarlandığı bildirilib. Riskə getməmək üçün futbolçunun sözügedən qarşılaşmada meydana çıxmamasına qərar verilib. Onun təxminən bir həftə ərzində bərpa olunacağı gözlənilir.
Qeyd edək ki, “Albasete” – “Barselona” oyunu fevralın 3-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.