
“Barselona” İspaniya Kubokunun yarımfinal mərhələsində sabah “Atletiko” ilə qarşılaşacaq.
Sport1.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Markus Reşford görüşdə iştirak etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dizindən zədə alan ingilis futbolçu Madridlilərlə matçı buraxacaq.
“Atletiko” – “Barselona” oyunu sabah, saat 00:00-da keçiriləcək.