son dəqiqə SON DƏQİQƏ
Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar Kamran Zeynalov Dünya Kubokunun qalibi olub AGF üç ölkənin federasiyası ilə memorandum imzaladı Valideyn himayəsindən məhrum uşaqlara futbol vasitəsilə yeni gələcək Dambrauskas: “Bacardığımız işi görməliyik” İsfahan Həsənov Dünya Çempionatının finalında Anqolalı vinger “İmişli”də “Qəbələ” onunla bağlı qərarını verdi Azərbaycan I və II Liqalarında püşkatmanın vaxtı açıqlanıb Güləş üzrə U17 Dünya Çempionatının açılış mərasimi keçirilib “Turan Tovuz” Türkiyə klubu ilə qarşılaşıb DÇ-2026: Ən yaxşı qolun müəllifi müəyyənləşdi Karyerasını başa vurdu "Qarabağ" azarkeşlərinə şad xəbər! PFL daha bir təqvimi açıqladı Nurlan Novruzov II Liqada çıxış edən klubla müqavilə imzaladı Premyer Liqa klublarının yay transferləri "Sportinq"də oynamış futbolçu Azərbaycan klubu ilə anlaşdı Federasiya məlumat yaydı: Bakı çempionatının vaxtı dəyişdirildi Rəhman Şabanov "Xankəndi"də Serbiya Super Liqasının baş katibi Bakıda Elxan Səmədovla görüşdü DÇ: 3 güləşçimiz yarımfinalda Bu Azərbaycan klubu loqosunu dəyişdi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandıracaq "Zirə"nin "Payde" ilə cavab matçının hakimi bu səbəbdən dəyişdirildi Kamran Zeynalov final mərhələsinə vəsiqəni təmin etdi - Dünya Kuboku AVF-nin baş katibi bu qurumda yüksək vəzifəyə təyin olundu Prezidentdən Azərbaycandakı Dünya Çempionatı ilə bağlı

Gənc boksçular arasında Azərbaycan çempionatı start götürüb

Bölmə adı Döyüş
Yayımlandı 9-02-2026, 16:16

Gənc boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.


Azərbaycan Boks Federasiyasından Sport1.az-a verilən məlumata görə, tədbir iştirakçı komandaların paradı ilə başlayıb.


Mərasimdə çıxış edən Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov döyüşlərin gərgin və ədalətli keçəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, yarışa qatılan gənc idmançılar ölkə boksunun sabahıdır: “Ötən ay böyüklər arasında Azərbaycan çempionatında debüt edən gənclər özlərini yaxşı tərəfdən göstərdilər və yeni komanda formalaşdı. Hazırda bu yarışda döyüşəcək boksçuları da yeniyetmələr arasında Azərbaycan çempionatında izləmişik. Hər birinin böyük potensialı var. Onların daha da inkişafı üçün lazımi bütün addımlar atılacaq, paytaxtla yanaşı, bölgələrdə də infrastruktur güclənəcək. Hesab edirəm ki, gələcəyin Olimpiya çempionlarının ilk performanslarını U-19 Azərbaycan çempionatında görəcəyik”.


Yarışın özbəkistanlı supervayzeri Aleksandr Hamidov çempionatın təşkilatçılığını yüksək qiymətləndirib və yarış iştirakçılarına uğurlar arzulayıb.


Ardınca Dövlət Himni səsləndirilib və U-19 Azərbaycan çempionatı açıq elan olunub.


Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda oğlanlarda 10, qızlarda 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 276 boksçusu qatılıb. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edirlər.


Yarışda qaliblərin adına fevralın 15-də aydınlıq gələcək.


Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR