"Yuventus" Kenan Yıldızla müqaviləni uzatdı

Bölmə adı İtaliya
Yayımlandı 7-02-2026, 22:14

“Yuventus” futbolçusu Kenan Yıldızla müqaviləni uzadıb.


Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Turin təmsilçisinin 20 yaşlı hücumçu ilə müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.


Daha əvvəl mətbuatda yer alan xəbərlərə görə, yeni razılaşmadan sonra Türkiyə millisinin üzvü “Yuventus”un ən çox qazanan futbolçularından biri olacaq.


Kenan Yıldız 2022-ci ilin yayında “Bavariya”dan “Yuventus”a keçib. O, cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR