Yüngül orta çəkidə WBC versiyası üzrə keçmiş müvəqqəti dünya çempionu, ukraynalı Serhiy Boqaçuk (25-2, 24 KO) gələn ay rinqə qayıdacaq.
Sport1.az xəbər verir ki, o, mayın 17-də ABŞ təmsilçisi Maykl Foksla (24-4, 5 KO) döyüşəcək . Döyüş Kaliforniyanın Los-Anceles şəhərindəki Commerce Casino-da UFC Fight Pass-da 360 Promotions şousunda baş tutacaq.