son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi

"Oxumamışam, xəbərim yoxdur" - Mübariz Orucov

Bölmə adı Premyer Liqa
Yayımlandı 7-04-2025, 18:09

Misli Premyer Liqasının 29-cu turunda "Şamaxı" "Neftçi"yə uduzdu - 0:2.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların məşqçisi Mübariz Orucov iştirak etdi.

Mütəxəssis qələbə haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

"Azarkeşlərimizə təşəkkür edirəm. Bizə həmişəki kimi dəstək oldular. 7-8 oyunçunun xidmətindən məhrum idik. Bəzi futbolçularımız öz mövqeyində çıxış etmirdi, heyətdə rotasiyalar etmişdik. Buna baxmayaraq, yaxşı mübarizə apardılar. Onlara təşəkkür edirəm".

- Zədəli futbolçulardan kimlər "Sabah"la kubok matçına kimi hazır olacaq?
- Bəzilərində yüngül zədədir, bəzlilərində ağır. İndi nəsə demək olmur. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edib meydana qələbə üçün çıxaq.

- Emil Səfərovun zədəsi ciddidir?
- Onun çiynində problem var. Emil də zədəlilər sırasına qoşuldu. Rafael Quzzo da uzun müddətdir oynamırdı. Bu gün o da zədələndi. Bizim üçün çox çətindir, zədəli oyunçular çoxdur. Çalışırıq ki, bu durumdan çıxaq.

- "Sabah"ın baş məşqçisi Vasili Berezutski Elvin Camalovu qeyri-peşəkar davranış sərgiləməkdə ittiham edib. Sizin buna münasibətiniz necədir?
- Oxumamışam, məlumatım yoxdur. Bilmirəm nədən danışıb, Camalovun hansı hərəkətini nəzərdə tutur. Nəsə deməyim düzgün olmaz.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR