"Fənərbağça"nın sabiq futbolçusu xəstəxanalıq oldu

Bölmə adı Futbol
Yayımlandı 7-04-2025, 17:32

Braziliya millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Luiz Qustavo infakt keçirib.

Sport1.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin hazırda çıxış etdiyi “Sao Paulo” klubu məlumat yayıb.

37 yaşlı oyunçu məşq zamanı özünü yaxşı hiss etməyib və xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Qustavo 2019-22-ci illər ərzində “Fənərbaxça”nın şərəfini qoruyub.

Yarımmüdafiəçi bu mövsüm “Sao Paulo”nun heyətində cəmi 2 rəsmi matçda iştirak edib.

Müəllif: Sport1.az