
“Milan” qapıçısı Mayk Menyanla müqaviləni uzadıb.
Sport1.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Yeni razılaşmaya əsasən, fransalı qolkiper 2031-ci ilin yayına qədər “rossoneri”nin formasını geyinəcək.
Menyan 2021-ci ilin yayından “Milan”da çıxış edir. 2025/26 mövsümündə bütün turnirlərdə 25 oyunda meydana çıxan qapıçı 11 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. O, Milan klubu ilə İtaliya çempionu və ölkə Superkubokunun qalibi olub, Fransa millisinin heyətində isə Millətlər Liqasını qazanıb.