son dəqiqə SON DƏQİQƏ

“Ordu” “Neftçi”yə, “Azərreyl” “Murov Az Terminal”a qalib gəldi

Bölmə adı Voleybol
Yayımlandı 28-01-2026, 20:57

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 11-ci tura start verilib.


Sport1.az xəbər verir ki, ilk gündə iki oyun təşkil olunub.


“Ordu” komandası “Neftçi”yə 3:1 (25:20, 20:25, 25:23, 25:22) hesabı ilə qalib gəlib.


“Azərreyl” isə”Murov Az Terminal”ı 3:0 hesabı ilə üstələyib.


Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.


11-ci tura yanvarın 29-da yekun vurulacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR