son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi

Premyer Liqaya gəlmək istəyən klub niyə primitiv səhvlər edir? - AÇIQLAMA

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 7-04-2025, 11:04

AFFA İntizam Komitəsinin 1 aprel 2025-ci il tarixində I Liqa klubları bağlı cəzaları açıqlamışdı.

Kollektivlər arasında ən çox xərcə düşən “Zaqatala”dır. Bölgə təmsilçisi XIX turda “Qaradağ Lökbatan” ilə qarşılaşmada Zona 1-də akkreditasiyası olmayan şəxslərə görə 50, oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə 80, matçda xərəkdaşıyanların say limiti pozulduğuna görə də 80, ümumlikdə klub 210 manat cəzalanmışdı.

Görəsən, Premyer Liqaya yüksəlmək arzusunda olan klub nə üçün belə sadə problemlərlə üzləşir? Sualımızı baş məçqçi Rüstəm Məmmədova ünvanladıq. Çalışdırıcı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Xərəkdaşıyanlarla bağlı bizim həmişə problemimiz olub. Bunun əsas səbəbi oyunların başlama saatı ilə bağlıdır. Xərəkdaşıyanlar aşağı yaş qruplar üzrə komandalarımızın futbolçularıdır. Oyunlar başlayan vaxtda onların əksəriyyəti məktəbdə olurlar. Ona görə də xərəkdaşıyanların sayında həmişə problemlərimiz olur. Digər qayda pozuntularına gəlincə, diqqətsizliyə yol vermişik və akkreditasiyası olmayan şəxslər Zona 1-də yer alıblar. Oyun bitəndən sonra meydançaya kənar şəxslər daxil olması polislərin və mühafizəçilərin məsuliyyətsizliyidir. Qarşıdakı turlarda bu məsələlərdə daha da diqqətli olacağıq”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR