"Neftçi" və "Araz-Naxçıvan"dan qələbə - YENİLƏNDİ

Bölmə adı Futbol / Manşet
Yayımlandı 7-04-2025, 20:11

Misli Premyer Liqasında 29-cu tura bu gün yekun vurulub.

Sport1.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.


Əvvəlcə "Neftçi" "Şamaxı"nın qonağı olub. Paytaxt təmsilçisi oyunda 2:0 hesablı qələbə qazanıb.

Adıçəkilən komandaların ilk 3 dövrədəki oyunlarında iki heç-heçə (0:0, 2:2) qeydə alınıb. Bir matçda isə "Neftçi" qalib gəlib - 1:0.

Günün digər görüşündə "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edib. Naxçıvan klubu "gənclik şəhəri" təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

Komandaların əvvəlki dövrələrdəki iki oyununda "Araz-Naxçıvan" qalib gəlib. Bir oyunda isə heç-heçə qeydə alınıb.

7 aprel (bazar ertəsi)

18:00. “Araz-Naxçıvan”– “Sumqayıt” - 2:0

Qollar: Ramon Maçado, 20 (1:0), Silvanus Nimeli, 65 (2:0)

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Cəmil Quliyev

“Liv Bona Dea Arena”

15:30. “Şamaxı” – “Neftçi” - 0:2

Qollar: Ramil Şeydayev, 42-pen; Filip Ozobiç, 89

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

Şamaxı şəhər stadionu

6 aprel

“Qarabağ” – “Zirə” - 1:0

"Sabah” - “Kəpəz” - 0:1

5 aprel (şənbə)

“Səbail” - “Turan Tovuz” - 0:0

Müəllif: Sport1.az