18:33 23.01.2026 179

“Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir” – Bəna

Yunan-Roma güləşi üzrə milli komandanın Göygöl toplanışı davam edir.


Sport1.az xəbər verir ki, yanvarın 14-də startı verilən hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir. Baş məşqçi Məhəmməd Bəna toplanışın gedişi, qarşıdakı yarışlar və planlarla bağlı açıqlama verib:


“Biz toplanışlarımıza başladıq. İlk mərhələ tanışlıq, sonra isə planlaşdırmadır. Aprelin 20-də keçiriləcək Avropa çempionatına qədər olan dövr bizim hazırlığımızın birinci mərhələsidir və bu aralıqda müxtəlif yarışlar var. Albaniyadakı reytinq turniri, U23 Avropa çempionatı və nəhayət, aprelin 20-də başlayacaq böyüklər arası Avropa çempionatı. Bu müddət ərzində 5-6 təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Ondan sonra da müxtəlif yarışlar və toplanışlar davam edəcək. Allahın köməkliyi ilə dünya çempionatına qədər ən yüksək formaya çatarıq.


İndi işin başlanğıcıdır və bu, daha çox məşqçilər heyəti ilə güləşçilərin bir-birini tanıması üçündür. Nəticə etibarilə məşq prosesimiz hazırlıq səviyyəsinin günbəgün artmasına yönəlib ki, inşallah, müxtəlif yarışlara tam hazır olaq.


Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir. Bu komandanın baş məşqçisi vəzifəsini qəbul etmək mənim üçün bir fəxrdir. Mən uzun illərdir Azərbaycan güləşini tanıyıram. Azərbaycanlı idmançılar hər zaman yüksək texniki keyfiyyətə malik olublar, lakin bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir.


Fiziki və texniki hazırlıq yaxşıdır, amma bəzi incə detallar var. Psixoloji hazırlığı da əlavə etsək, bu 3 hazırlıq möhkəm bir zəncir təşkil etməlidir ki, məşqçilər heyəti, federasiya rəhbərliyi və güləşçilər bir komanda kimi müxtəlif yarışlarda uğur qazansınlar.


İştirak edəcəyimiz ilk yarış Albaniyadakı reytinq turniridir. İnşallah, orada ölkə çempionatında iştirak edənlərdən təxminən 20-dən çox güləşçi mübarizə aparacaq. Daha sonra il ərzində digər yarışlarda iştirak edəcəyik.


Bu il üçün hədəflərimizi iki mərhələyə bölmüşük. Hazırda tanışlıq və hazırlıqdan başlayırıq. Avropa çempionatı bizim üçün hazırlığın nisbətən aşağı pik nöqtəsi olacaq. İnşallah, dünya çempionatında isə əsas pik formaya çatacağıq ki, hamımız birlikdə Azərbaycan güləşi üçün böyük uğurlar qazanaq”.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

19:38

18 yaşlı futbolçu “Şaxtyor”da - RƏSMİ

19:25

La Liqa klubunun yeni baş məşqçisi açıqlanıb

18:57

Qattuzo rəsmən “Latsio”da

18:22

I Liqa klubundan yeni transfer - RƏSMİ

18:00

Argentina millisinin üzvü "Əl-Əhli"yə keçə bilər

17:43

Məşqçilər üçün seminar

17:24

Portuqaliyalı yarımmüdafiəçi "Zirə"də - RƏSMİ

17:07

İstanbul klubu fransalı müdafiəçi ilə danışıq aparır

16:53

Kloze rekordunu qıran Messi haqda nələr dedi?

16:31

"Zirə"dən növbəti transfer - RƏSMİ

16:06

"Mançester Siti" tarixinin ən bahalı transferi

15:50

"Qalatasaray" rəhbərliyi İkardiyə vaxt verdi

15:30

Messi əfsanələr sırasında, Mbappedən yeni rekord

15:13

“Kəpəz” yeni baş məşqçisini açıqladı - RƏSMİ

15:05

I Liqa klubu 3 futbolçu ilə yolları ayırdı

14:49

"Zirə"də yeni təyinat

14:29

"Turan Tovuz" onunla vidalaşdı

14:04

"Real"ın yetirməsi Azərbaycan klubunda - RƏSMİ

13:50

Gəncə klubunda ayrılıq

13:49

“Zirə”nin rəqibi xal itirdi

13:31

Millinin məşqi yarımçıq qaldı

13:03

"Real"ın istədiyi yarımmüdafiəçi

12:28

DÇ-2026: Günün oyunları

12:02

Braziliya millisinin üzvü İtaliya klubuna keçir

11:51

"Barselona" qapıçısını satdı

11:30

Dünya çempionatında dördüncü ayrılıq

11:11

Məşhur futbolçu Braziliya klubuna qayıtdı

10:48

Bundesliqa klubunda yeni baş məşqçi

10:29

Mourinyo "Aresnal"ın müdafiəçisini istəyir

10:02

“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - RƏSMİ

09:45

DÇ-2026: Altı komanda pley-offda

09:20

Əlcəzair İordaniyanı məğlub etdi

09:10

Norveçdən ikinci qələbə

09:00

DÇ-2026: Fransa pley-off-a vəsiqəni təmin etdi

00:53

41 yaşlı futbolçu sabiq klubuna qayıtdı

23:56

Messidən Dünya Çempionatında yeni rekord

23:34

Sərbəst güləşdə ilk çempionlar müəyyənləşib

22:58

DÇ-2026: Argentinadan növbəti qələbə

22:32

“İmişli”də yeni müqavilə - RƏSMİ

21:58

I Liqadan Premyer Liqaya - RƏSMİ

21:39

“Barselona”nın futbolçusu Yunanıstan klubunda

20:57

Millimizin üzvləri Fərid Qayıbovla görüşdü

20:37

Bundesliqa klubunda yeni təyinat

20:12

DÇ-2026: Argentina - Avstriya: HEYƏTLƏR

19:54

Daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşib

19:26

Parabadmintonçumuz beynəlxalq turnirdə üçüncü olub

18:33

Millimiz yoxlama matçları keçirəcək

18:00

“Qarabağ”ın heyətində kimlər yer alıb?

17:30

Almaniya millisində itki

17:13

Millimizin rəqibləri bəlli oldu

17:07

"Fənərbağça" futbolçusu ilə vidalaşa bilər

16:50

Mundialda unikal rekord

16:29

Futbolçunu tənqid edən aparıcı işdən çıxarıldı

16:06

Türkiyə nəhəngi milli üzvünü istəyir

15:46

"Qarabağ" iki oyunçu ilə vidalaşdı - RƏSMİ

15:30

Fransa - İraq matçı təxirə salına bilər

15:05

Lukaku üçüncü oldu

14:49

Dünya çempionatında nadir hadisə

14:31

Serbiyada bürünc medal

14:04

DÇ-2026: Günün oyunları

13:50

Bölgə təmsilçisindən transfer

13:22

"Qarabağ"ın rəqibi qələbə qazandı

13:03

"İmişli"də ayrılıq

12:47

"Sabah"ın rəqibləri bilindi

12:28

AFFA rəsmisinə təyinat

12:02

Salah yenə ön planda

11:50

"Araz-Naxçıvan"dan növbəti transfer - RƏSMİ

11:35

Elvin Cəfərquliyev bağışlandı?

11:02

Lamin Yamal ikinci pilləyə yüksəldi

10:50

“Qəbələ”ni Ermənistan klubuna dəyişdi