
Çempionlar Liqasını əsas mərhələsinin 7-ci turunun oyunlarından sonra futbolçuların fərdi statistikalarında dəyişikliklər olub.
Sport1.az xəbər verir ki, "Ayntraxt"la qarşılaşmadan sonra Kevin Medina ən yaxşı göstəriciyə malik oyunçular arasında yer almağı bacarıb.
32 yaşlı müdafiəçi əsas mərhələdə ən çox top qazananlardandır. 7 görüşdə ümumilikdə 52 dəfə "dəri kürə"ni ələ keçirən kolumbiyalı sıralamada 5-cidir.
Cədvələ "Atletik"dən Aytor Parades (68) liderlik edir. "Atalanta"dan Odilon Kossunu (56) 2-ci, "Kayrat"dan Yeqor Sorokin (54) 3-cü, "Slaviya"dan David Zima (53) isə 4-cüdür.
Qeyd edək ki, Kevin Medina 2020-ci ilin iyul ayından "Qarabağ"ın formasını geyinir.