
Kadi Borgesin zədəsini sağaldaraq fərdi məşqlərə başlaması fonunda onun yenidən UEFA-nın iştirak ərizəsinə qayıdacağı ilə bağlı müzakirələr aparılırdı.
Bir çoxları düşünürdü ki, Qurban Qurbanov Joni Montieli siyahıdan çıxararaq braziliyalını bura daxil edəcək.
Sport1.az-a daxil olan məlumata görə, təcrübəli mütəxəssis bu addımı atmayıb.
“Qarabağ”ın baş məşqçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la oyunda seçimini ispan yarımmüdafiəçidən yana edib.
UEFA-nın rəsmi saytında qarşılaşma üçün ayrılan siyahıda Kadinin yox, Montielin adı yer alıb.