son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi

Azər Bağırov bu suala cavab verə bilmədi

Bölmə adı Premyer Liqa
Yayımlandı 6-04-2025, 19:50

Misli Premyer Liqasının 29-cu turunda "Sabah" "Kəpəz"ə məğlub oldu - 0:1.

Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Azər Bağırov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis görüş haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

"Azarkeşlər çox sağ olsun, bizi dəstəklədilər. Maraqlı matç alındı. Qolumuzu vurub, arxaya çəkildik və istədiyimiz qələbəni qazandıq".

Uda biləcəyiniz komandalara xal itirirsiz, amma güclüləri məğlub edirsiniz.
– Komandada təzyiq var. Özümüzə yaxın rəqiblərlə matçda itirməkdən qorxursan. Amma belə matçlarda daha rahat oluruq. Təzyiq elə-belə şey deyil. Güclü rəqiblərə qarşı daha rahat oynayırıq. Psixoloji söhbətlər edəcəyik. Futbolçuya itirməkdən yox, qazanmaqdan danışmalısan.

– “Səbail”lə fərqi 7-yə yüksəldiniz. Elitada qaldığınızı demək olar?
– Hələ xeyr. İndi bunu düşünmək yanlış olar. Mübarizə davam edir.

Deyilənə görə, yeni gələcək rəhbərlik sizə əvəzləyici axtarması haqda söhbət gəzilir. Reallıq nə yerdədir?
– Cavablandıra biləcəyim sual deyil. Qarşımda hədəf var və ona çatmalıyam. Rəhbərliklə danışanda müsbət fikirlər var. Ümid edirəm ki, növbəti mövsümdə daha yaxşı “Kəpəz” görəcəyik.

Şayiələr sizə necə təsir edir?
– İlk vaxtlar narahatlıq yarada bilər. Amma bu gün meydanda uşaqların mübarizəsini gördünüz. Ona görə bu söhbətlər boşdur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR