son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi

Gimnaziada İdman Oyunlarının açılış mərasimi oldu

Bölmə adı Digər
Yayımlandı 5-04-2025, 22:22

Serbiyanın ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunlarının təntənəli açılış mərasimi keçirilib.

Sport1.az xəbər verir ki, tədbir Zlatibor şəhərinin mərkəzində təşkil olunub.

Azərbaycan Bayrağını boks üzrə Avropa üçüncüsü Kəmalə Həsənova və yunan-Roma güləşçisi, yeniyetmələr arasında Avropa çempionu Qurban Məcnunov dalğalandırıblar.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Nailə Xanlarova feyr-pleylə bağlı danışıb. O, yarışlar zamanı Azərbaycan komandasının ədalətli və mehriban şəkildə mübarizə aparacağını, eləcə də hakimlərin verdiyi qərarlara hörmətlə yanaşacağını bildirib.

Tədbirdə Serbiyanın gənclər və idman naziri Zoran Qayiç, Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Youssef Belqasmi və digər rəsmi şəxslər iştirak ediblər.

Rəsmi çıxışlardan sonra Gimnaziada İdman Oyunları açıq elan olunub.

Açılış mərasimi bədii hissə ilə davam edib. Musiqi sədaları altında maraqlı rəqs şouları nümayiş olunub.

Qeyd edək ki, aprelin 6-da start götürəcək və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR