son dəqiqə SON DƏQİQƏ
MPL: 3-cü tura Qəbələdə start verilib, “Şəfa” “İmişli”yə qarşı Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də "İmişli" ilə oyundan öncə Bakı təmsilçisindən azarkeşlərə Bölgə klubunda 3 yeni futbolçu AÇ: Millimiz üçün çətin rəqib Komitə rəsmisi əsgərliyə getdi, AFFA-nın işi çətinə düşdü "Böyük Dəbilqə": Daha 5 cüdoçumuz mübarizəyə başlayır Günün oyunları: Dünya Seriyası: "Neftçi SOCAR" Yaponiya millisini məğlub etdi "Mən universal bir futbolçuyam, müxtəlif mövqelərdə oynayıram" Premyer Liqa klublarının yay transferləri

“Fərdi səhvlər komandaya baha başa gəlir” – Saşa İliç

Bölmə adı Premyer Liqa
Yayımlandı 13-01-2026, 11:32

“Sumqayıt” Antalya toplanışı çərçivəsində dünən Serbiyanın “OFK Belqrad” komandası ilə yoxlama matçı keçirib və oyun 1:4 hesablı məğlubiyyətlə yekunlaşıb.


Sport1.az xəbər verir ki, komandanın baş məşqçisi Saşa İliç qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlama verib və fərdi səhvlərin nəticəyə təsir göstərdiyini bildirib.


“Ötən dəfə də qeyd etdiyim kimi hazırlıq oyunlarında nəticə əsas deyil. Önəmli olan bütün oyunçuları iş başında görmək və müxtəlif taktiki gedişləri yoxlamaqdır. Bu gün də həm təcrübəli, həm də gənc futbolçuların oyununu gördük və həmçinin bir neçə taktiki gedişi sınadıq. Hələ də bəzi boşluqlarımızın olduğunu deməliyəm. Bu dəfə də fərdi səhvlər ucbatından qollar buraxdıq. Bütün bunların fərqindəyik. Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq. Qarşıda bir yoxlama oyunumuz qalıb. Ümid edirik ki hazırlıq prosesinin sonuna qədər qarşımıza qoyduğumuz bütün tapşırıqları icra edib, çempionatın ikinci yarısına tam hazır olacağıq”.


Qeyd edək ki, “Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama matçında Macarıstanın “Pakş” klubuna 1:5 hesabı ilə uduzub. Komanda Türkiyədə daha bir yoxlama oyunu keçirəcək və yanvarın 16-da Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR