“Latsio” “Ayaks”ın yarımmüdafiəçisini transfer edir

Bölmə adı İtaliya
Yayımlandı 8-01-2026, 17:30

“Ayaks”ın yarımmüdafiəçisi Kennet Teylor karyerasını İtaliyada davam etdirəcək.


Sport1.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 23 yaşlı futbolçu “Latsio”ya transfer olunur.


Keçidin 15 milyon avro + 2 milyon avro bonus qarşılığında baş tutacağı gözlənilir. Niderlandlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq. Teylor cümə günü Romada tibbi müayinədən keçəcək.


Qeyd edək ki, Kennet Teylor cari mövsümdə “Ayaks”ın heyətində 19 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Ümumilikdə isə Amsterdam klubunda 184 matçda 36 qol və 27 assistlə yadda qalıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR