
“Xankəndi”nin qış hazırlıq planları açıqlanıb.
Sport1.az xəbər verir ki, bu barədə Qarabağ bölgəsini təmsil edən klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komanda II Liqanın ikinci dövrəsinə hazırlıqlara yanvarın 15-də start verəcək. Futbolçular Bakıda bir araya gələcək və paytaxtda yerləşən “Neftçi Baza”da 10 günlük təlim-məşq toplanışı keçəcəklər. Hazırlıq prosesi həm fiziki, həm də taktiki baxımdan komandanın mövsümün davamına optimal formada hazırlaşmasını hədəfləyir.
Qeyd olunub ki, qış toplanışı eyni zamanda seleksiya xarakteri daşıyacaq. Bu müddət ərzində məşqçilər korpusu potensial yeni futbolçuları baxışdan keçirəcək.
Yeni transferlərlə bağlı məlumatların klubun mətbuat xidməti tərəfindən mərhələli şəkildə açıqlanacağı bildirilib.