son dəqiqə SON DƏQİQƏ
Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi” Qurban Qurbanov: “Bundan sonra işimizə daha da məsuliyyətli yanaşmalıyıq” Dünya Çempionatında 8 medal "Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Köhlən atlar”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri

“Araz-Naxçıvan”da yeni baş məşqçi – RƏSMİ

Bölmə adı Premyer Liqa
Yayımlandı 4-01-2026, 13:05

Andrey Demçenko “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.


Sport1.az xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Ukraynalı mütəxəssislə imzalanan müqavilə “5 ay + 1 il” müddətini əhatə edir. Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko indiyədək Ukraynada “İmeks”, “Metallurq” (Zaporojye), “Veres”, “Lvov”, “Metallist 1925” və “Bukovina” klublarını çalışdırıb. O, həmçinin Özbəkistanın “Obod”, Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 50 yaşlı mütəxəssis Bakıya gəlməzdən əvvəl Qazaxıstanın “Jenis” klubunun baş məşqçisi olub. Onun köməkçiləri ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.


Qeyd edək ki, dekabrın 21-də “Şamaxı” ilə oyundan sonra istirahətə buraxılan “Araz-Naxçıvan” yanvarın 5-də məşqləri bərpa edəcək. Komanda qış fasiləsini Bakıda keçirəcək və hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu planlaşdırılıb. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası, yanvarın 14-də isə “Qəbələ” ilə üz-üzə gələcək. Yanvarın 18-də keçiriləcək görüşün rəqibi barədə məlumat daha sonra veriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR