son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi

"Hakimləri heç cür başa düşə bilmədim"

Bölmə adı Futbol
Yayımlandı 5-04-2025, 09:31

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə keçirilən səfər matçından (2:0) qalib ayrılıb.

Sport1.az xəbər verir ki, komandanın baş məşqçisi Siyasət Əsgərov oyundan sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib:

"Şükürlər olsun ki, qələbə qazandıq. Qol buraxmadan bunu etmək çox önəmli idi. Üç komandanlı qrupdayıq, sonda qrup birincisini top fərqi müəyyənləşdirə bilər. Rəqibin zəif və güclü cəhətlərini bildiyimizdən, oyunu buna uyğun qurmuşduq. Meydanda hər şeyi düzgün etdiyi üçün komandamıza təşəkkür edirəm. Qızlar xarakter və istək göstərməklə yanaşı, gözəl futbol oynadılar. Məqsədimiz qol buraxmadan qələbə qazanmaq idi ki, bunu reallaşdırdıq. Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bizi indi Monteneqroya qarşı çox vacib səfər oyunu gözləyir. Həmin matçdan da maksimum nəticə ilə qayıtmağa çalışacağıq".

Baş məşqçi görüşün 42-ci dəqiqəsində qırmızı vərəqə almasına münasibət bildirib:

"Hakimləri heç cür başa düşə bilmədim. Ehtiyat hakim epizoda çox uzaq idi. Rəqibin oyunçusu Nigar Mirzəliyevanı arxadan vurdu, hakim bunu görmədi. Hiss etdim ki, gərginlik yaranacaq, futbolçuları sakitləşdirmək üçün meydana girmək məcburiyyətində qaldım. Hakim bunu fərqli formada başa düşdüyündən, mənə qırmızı vərəqə göstərdi. Halbuki bunu etməsəydim, gərginlik arta bilərdi".



Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan milli komanda növbəti oyununu aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR